Avropada miqrasiya qaydalarında dəyişiklik hazırlanır
Avropa İttifaqında miqrasiya və sığınacaq sistemini yeniləyəcək yeni qaydaların 2026-cı ildən tətbiqi gözlənilir.
BAKU.WS xəbər verir ki, yeni "Miqrasiya Paktı" 12 iyun 2026-cı ildən qüvvəyə minə bilər. Dəyişikliklər sərhəd nəzarəti, sığınacaq prosedurları və miqrasiya idarəetməsini əhatə edir.
Yeni sistemə əsasən, Aİ-nin xarici sərhədlərində biometrik yoxlamalar gücləndiriləcək, sığınacaq müraciətləri daha sürətli şəkildə qiymətləndiriləcək və prosedurlar standartlaşdırılacaq.
İsveçrə Avropa İttifaqının üzvü olmasa da, Şengen və Dublin sisteminə bağlı olduğu üçün yeni qaydalara uyğunlaşdırma aparır. Avstriya da oxşar addımlar ataraq həm sərhəd prosedurlarını, həm də iş və yaşayış icazələrini yeni sistemə uyğunlaşdırır.
Dəyişikliklərə görə, yüksək ixtisaslı işçilər üçün viza və iş icazəsi prosedurlarında da yeniliklər olacaq. Avstriyada "Qırmızı-Ağ-Qırmızı Kart" sisteminin tətbiqi ilə xarici mütəxəssislərin ölkədə qalma və işləmə imkanlarının asanlaşdırılması nəzərdə tutulur.
Yeni qaydaların miqrasiya axınını daha nizamlı idarə etmək məqsədi daşıdığı bildirilsə də, insan haqları təşkilatları sürətləndirilmiş prosedurların sığınacaq hüquqlarına təsir göstərə biləcəyi barədə xəbərdarlıq edir.
Qeyd edək ki, dəyişikliklərin tətbiqi ilə Avropaya səfər, iş və oturum müraciətləri zamanı sənəd yoxlamalarının daha sərt və sistemli olması gözlənilir.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib













