Şahnaz Bədəlova: "Şəhərsalma sosial-ekoloji ehtiyaclara cavab verməlidir"
Bakı sürətlə böyüyən meqapolisdir və bu gün şəhərsalma təkcə infrastruktur tələblərinə deyil, həm də sosial və ekoloji ehtiyaclara cavab verməlidir.
"Far.Az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazi planlaşdırılması şöbəsinin müdir müavini Şahnaz Bədəlova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Neyro-urbanizm: Şəhərlər beyni, davranışı və psixi rifahı necə formalaşdırır?" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, əlçatan ictimai məkanların yaradılması, nəqliyyat təzyiqinin azaldılması, piyadalar üçün əlverişliliyin artırılması və ətraf mühitin keyfiyyətinin yüksəldilməsi birbaşa şəhər rifahı ilə bağlıdır: "Gəncə şəhərinin Baş Planı da davamlı və sağlam şəhər inkişafı ilə bağlı prinsipləri özündə əks etdirir. Plan yaşıl dəhlizlərin inkişafını, sənaye və ekoloji cəhətdən zərər görmüş ərazilərin reabilitasiyasını, istirahət məkanlarının yaxşılaşdırılmasını, şəhərin əlaqəliliyinin gücləndirilməsini dəstəkləyir. Eyni zamanda, Gəncə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) "Yaşıl Şəhər Fəaliyyət Planı"na qoşulub. Bu proqram şəhərlərə ekoloji riskləri azaltmağa və sakinlərin həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir".
Mütəxəssis qeyd edib ki, bu gün psixoloji rifah şəhər siyasətinin bir hissəsinə çevrilir, çünki hökumətlər vacib bir fikri getdikcə daha çox anlayırlar: "Uğurlu bir şəhər təkcə iqtisadi cəhətdən inkişaf etmiş bir yer deyil. Uğurlu şəhər həm də sağlam, inklüziv, təhlükəsiz, ekoloji cəhətdən dayanıqlı və emosional baxımdan rahat şəhərdir. Buna görə də şəhər rifahı artıq yalnız sosial mövzu deyil, vacib bir şəhərsalma prioriteti halına gəlir. Azərbaycanda da biz getdikcə daha çox anlayırıq ki, şəhərsalma təkcə fiziki inkişafa deyil, həm də insanın rifahına və həyat keyfiyyətinə köklənməlidir".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vera Bukaçi: Gənclər artıq qurur, təşkilatlanır, yeniliklər edirlər
-
Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edilib
-
BMT rəsmisi: "Havanın çirklənməsi qlobal səviyyədə ikinci əsas ölüm səbəbidir"
-
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub
-
BAMF WUF13-də "Sirkulyar və yaşıl iqtisadiyyata keçid" adlı tədbir keçirib
-
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır













