Elbay Qasımzadə: İqtisadi imkanları olmayan dövlət şəhərsalma sahəsində böyük uğurlar qazana bilməz
Zəngin ölkələrin sırasında yer alan bəzi ölkələr şəhərsalma və memarlıq ilə bağlı problemlərdə iştirak etmirlər.
"Report" xəbər verir ki, bunu Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə "Qlobal boşluqları aradan qaldıraraq hər yerdə adekvat və dayanıqlı mənzilləri necə təmin edə bilərik?" mövzusunda keçirilən sessiyada deyib.
Onun sözlərinə görə, Azərbaycan insanlar üçün normal həyat şəraitinin təmin edilməsi üçün çalışır:
"Düşünürəm ki, hazırda WUF13-də iştirak edən bütün tərəflər hamımızın problemini həll etmək üçün burada müzakirə aparır. İnsanların həyat şəraitini yaxşılaşdırmaq gözəl istəkdir. Biz memarlar da bunu yaxşı bilirik. Lakin bilməliyik ki, bu problemləri kimin qarşısında qoyuruq. Bu problemlər hökumətlərin, aidiyyəti qurumların qarşısında qaldırılmalıdır".
Elbay Qasımzadə bildirib ki, iqtisadi imkanları olmayan dövlətin şəhərsalma və memarlıq sahəsində böyük uğurlar qazanması mümkün deyil.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vera Bukaçi: Gənclər artıq qurur, təşkilatlanır, yeniliklər edirlər
-
Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edilib
-
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır
-
Samuxda yas mərasimində kütləvi ZƏHƏRLƏNMƏ: 21 nəfər xəstəxanaya yerləşdirildi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.05.2026)
-
Günnüt əməliyyatı: Böyük Zəfərə aparan yolun mühüm mərhələsi













