Çerin Kijakketottam: İqlim risklərini əhalini köçürmədən azaltmaq mümkündür
Far.Az xəbər saytı

Çerin Kijakketottam: İqlim risklərini əhalini köçürmədən azaltmaq mümkündür


İqlim risklərinin əksəriyyətini əhalinin köçürülməsinə ehtiyac qalmadan dayanıqlı infrastruktur və təbiətə əsaslanan həllər hesabına azaltmaq mümkündür.

"Far.Az" xəbər verir ki, bunu UN-Habitat-ın icraçı direktor müavininin xüsusi müşaviri Çerin Kijakketottam Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.

"UN-Habitat-da iqlim dəyişikliyinə uyğunlaşma üzrə geniş alətlər mövcuddur, onun da mühüm hissəsi dayanıqlı infrastrukturun və dayanıqlı yaşayış məntəqələrinin yaradılmasına əsaslanır", - Kijakketottam deyib.

Onun sözlərinə görə, tətbiq edilən tədbirlər arasında su şlüzlərinin bərpası, manqrov meşələrinin salınması, bufer zonalarının yaradılması, təbiətə əsaslanan həllərin tətbiqi, həmçinin istilik yükünü azaltmaq üçün kiçik park sahələrinin təşkili var.

"Köçürülmə zərurəti yaranana qədər həyata keçirilə biləcək çoxlu sayda tədbirlər mövcuddur", - o vurğulayıb.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər