"Baku Auto Mall" və avtomobil udmaq şansı
Sizcə təzə avtomobil axtaran şəxs hara mürəciət edir?
İnternet satış platformalarına, rəsmi və qeyri-rəsmi salonlara, maşın bazarına…
Araşdırmalar göstərir ki, alıcıların əksəriyyəti avtomobili «canlı» görmək, sükan arxasına əyləşmək, rəng və komplektasiya seçmək, test yürüşü həyata keçirmək,
eyni qiymət seqmentində təklif olunan digər istehsalçıların modelləri ilə müqayisə etmək istəyir. Bu baxımdan rəsmi diler mərkəzlərinin bir-birindən uzaq məsafədə yerləşməsi və yollarda hökm sürən «tıxaclar» bəzən avtomobil seçimini aylarla davam edən əsəbi prosesə çevirir.
Bu problemi həll etmək məqsədilə Bakıda gerçəkləşdirilmiş ekstraordinar bir layihə barədə məlumat vermək istəyirik.
Babək prospektində yeni ucaldılmış 7 mərtəbəli "Baku Auto Mall"da dünya şöhrətli avtomobil brendlərinin rəsmi nümayəndəlikləri fəaliyyətə başlayıb. Ölkəmizin və regionun ən böyük avtomobil satış mərkəzində Almaniya, Amerika, Yaponiya, Koreya, Ingiltərə, İtaliya, Fransa, Çin istehsalından bütün növ yeni avtomobillər özünəməxsus formatda müştərilərə təqdim olunur.
"Baku Auto Mall"a geniş alıcı kütləsi cəlb etmək üçün müxtəlf avtomobil sərgiləri və festivalları, yeni modellərin təqdimatları, test-drayvları və avtomobil udmaq şansı verəcək lotoreyalar həyata keçirilir. Müştərilərin rahatlığı üçün parklanma, avtomobillərin satış öncəsi servisi, avtoyuma-cilalama, tüninq və s. xidmətlər də təklif olunur. Tezliklə burada bank nümayəndəlikləri, kredit təşkilatları, sığorta şirkətləri, «rent a car» və s. qurumlar fəaliyyətə başlayacaq. Bundan əlavə kafe və restoranlar, böyüklər üçün müxtəlif avtoidman, o cümlədən Formula-1 simulyatorları və digər oyun zonaları, uşaqlar üçün əyləncə guşəsi də təşkil olunacaq ki, bütün bunlar «Baku Auto Mall»da avtomobil seçimi prosesini buraya gəlmiş ailələr üçün əsl bayrama çevirəcək.
Layihənin mahiyyəti barədə "Baku Auto Mall"un direktoru və "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" ictimai Birliyinin sədri Natiq Zərbəliyev bildirib: "Yeni avtomobil axtarışında olan müştəriləri bir ünvanda qarşılayaraq, istək və büdcələrinə görə geniş seçim təklif etmək, avtomobilin satın-alma və rəsmiləşdirmə prosesini son dərəcə asanlaşdırmaq, avtomobil satışı xidmətlərində ən innovasion texnologiyalardan istifadə edərək, Azərbaycanda sivil avtomobil bazarının simvoluna çevrilmək, Baku Auto Mall-da təmsil olunmuş rəsmi diler və distribyutorların satış göstəricilərinin dinamik artımına nail olmaq, bununla da ölkə avtomobil sektorunun davamlı inkişafına tövhə vermək - qarşımıza qoyduğumuz əsas məqsədlərdir. "Baku Auto Mall" təkcə ölkə miqyasında deyil, qlobal miqyasda da unikal layihədir. Mərkəzin test rejimində işləməsinə baxmayaraq, tez-tez xaricdən gəlmiş qonaqları qarşılamalı və çoxsaylı sualları cavablandırmalı oluruq.
Yeri gəlmişkən, tezliklə mərkəzin rəsmi açılış mərasimi baş tutacaq. Açılışdan bir həftə sonra isə "Baku Auto Mall"un İnstagram səhifəsinin izləyiciləri arasında onlayn rejimdə avtomobil uduşu baş tutacaq. Xatırladım ki, bu "Baku Auto Mall" və məşhur idmançı-bloqer Çaqayevin birgə layihəsidir. Uduşda iştirak etmək üçün hələ vaxt var, şərtlərimizlə "baku.automall" və yaxud "hagaev4x20" instagram səhifələrində tanış ola bilərsiz. Hamıya uğurlar arzu edirik".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Avtomobil almaq asanlaşacaq - FOTO/VİDEO
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb
-
Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?
-
Ailənin illərdir gözlədiyi övladı faciəli şəkildə öldü: Muradın ad gününə cəmi iki gün qalmışdı...
-
Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək
-
TDT baş katibi Allahşükür Paşazadə ilə görüşüb
-
WUF13 iştirakçılarının NƏZƏRİNƏ: 6 istiqamət üzrə şattl avtobusları fəaliyyətə başlayır













