"Al Arabiya": Tehran Vaşinqtona kompensasiya müqabilində Hörmüzü açmağı təklif edib
Far.Az xəbər saytı

"Al Arabiya": Tehran Vaşinqtona kompensasiya müqabilində Hörmüzü açmağı təklif edib


Tehran Vaşinqtona kompensasiya müqabilində Hörmüz boğazını açmağı təklif edib.

"Far.Az" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Arabiya" televiziya kanalı diplomatik mənbələrə istinadən məlumat verib.

"İran ABŞ-dan kompensasiya müqabilində Hörmüz boğazını açmağı təklif edib", - deyə mənbə əlavə edib.

Qeyd olunub ki, İran ABŞ ilə dolayı danışıqlarda vasitəçilik edən Pakistana iki təklif çatdırıb.

İran hakimiyyəti həmçinin hər hansı bir müqavilə imzalamadan əvvəl sanksiyalar və dondurulmuş aktiv qeydlərini müzakirə etməyi təklif edib.

Daha əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai nüvə dosyesinin və sanksiyaların ləğvi məsələsinin ABŞ ilə danışıqların hazırkı mərhələsində müzakirə olunmayacağını bildirib.

Onun sözlərinə görə, məhdudiyyətlərin qaldırılması tələbi İranın dəyişməz mövqeyidir və razılaşma üzərində işlərin başa çatmasından sonra növbəti mərhələlərdə müzakirə olunacaq. Cümə günü Pakistan Ordusunun Baş Qərargah rəisi, feldmarşal Asim Munir vasitəçilik missiyasının bir hissəsi olaraq Tehrana gəlib. O, artıq İranın xarici işlər naziri Abbas Əraqçi və İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibafla görüşüb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər