Cinpin və Şərif Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Far.Az xəbər saytı

Cinpin və Şərif Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər


Çin lideri Si Cinpin və Pakistanın Baş naziri Şahbaz Şərif Pekində iki ölkə arasında tərəfdaşlığın hərtərəfli dərinləşdirilməsinin vacibliyini qeyd ediblər.

"Report"un məlumatına görə, bu barədə "Dawn" nəşri xəbər verir.

"Beynəlxalq vəziyyətdən asılı olmayaraq, Çin qonşu ölkələrlə diplomatiya çərçivəsində Pakistanla münasibətlərə həmişə önəm verib", - o bildirib.

Öz növbəsində, Şahbaz Şərif Yaxın Şərqdə sülhə töhfə verilməsində və atəşkəsə nail olunmasında Pakistana verdiyi dəstəyə görə Çin liderinə təşəkkür edib.

Qeyd edək ki, bu gün Pakistanın Baş naziri Çin Dövlət Şurasının Sədri Li Tsyanla görüşüb və onu Yaxın Şərqdəki münaqişənin nizamlanması üçün danışıqlar prosesi barədə məlumatlandırıb. O qeyd edib ki, İslamabad və Pekin bu regionda sülhün bərpası üçün səylərini birləşdirməlidir.

Şahbaz Şərif Çində dördgünlük rəsmi səfərdədir.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Heydər Əliyev Fondu Çində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər