Oğuzda qanunsuz ağac kəsən şəxs saxlanılıb
Far.Az xəbər saytı

Oğuzda qanunsuz ağac kəsən şəxs saxlanılıb


Oğuz rayonunda ağacları qanunsuz şəkildə kəsən şəxs saxlanılıb.

Far.Az xəbər verir ki, rayonunun Sincan kəndi ərazisində 14 ədəd qızılağac və qovaq ağacının kəsilməsi, nəticədə təbiətə 5 min manatdan artıq maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 30 yaşlı kənd sakini Abdulhafiz Bəşirli saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Xaçmazda şam və qovaq ağacları məhv edilib, araşdırma aparılır
Qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb
Oğuzda təbiətə 5 000 manatlıq ziyan vuran şəxs saxlanılıb
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Kəsilmiş ağacın əvəzinə yeni ağac əkilib və üzərinə identifikasiya etiketi vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər