Türkiyə MMN Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
Far.Az xəbər saytı

Türkiyə MMN Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb


Azərbaycan, Türkiyə və Özbəkistanın iştirakı ilə keçirilən "Birliyin Gücü - 2026" təlimi çərçivəsində bölmələr sızma əməliyyatı üzrə təlimdə birgə fəaliyyət imkanlarını inkişaf etdiriblər.

"Far.Az" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Birgə təlimlər vasitəsilə koordinasiya və həmrəylik gücləndirilir", - məlumatda qeyd olunub.

Qeyd edək ki, "Birliyin Gücü – 2026" birgə hərbi təlimi Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilir.

Üç mərhələdən ibarət olan təlim Azərbaycan ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunur.

Oxşar xəbərlər

"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimdə məşqlərin gedişatını izləyib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
FHN-in Bakı Regional Mərkəzi kompleks mülki müdafiə təlimi təşkil edib
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər