"İnno Kapital İnvestisiya Şirkəti"nin aktivləri 3 dəfə azalıb
Far.Az xəbər saytı

"İnno Kapital İnvestisiya Şirkəti"nin aktivləri 3 dəfə azalıb


"İnno Kapital İnvestisiya Şirkəti" QSC 2025-ci ili 798 min manat xalis mənfəətlə başa vurub.

"Far.Az" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 2,2 dəfə çoxdur.

Ötən il "İnno Kapital"ın vergiyəqədərki mənfəəti 1 milyon manat (əvvəlki illə müqayisədə 2,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 202 min manat (2,2 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə "İnno Kapital"ın aktivləri 10,903 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3 dəfə azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 95,5 % azalaraq 1,075 milyon manata düşüb, balans kapitalı isə 9,6 % artaraq 9,828 milyon manata çatıb.

Xatırladaq ki, "İnno Kapital" 2012-ci ildə "PSG Kapital" adı ilə yaradılıb, 2025-ci ildə rebrendinqi edib. Onun nizamnamə kapitalı 6,25 milyon manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% Faiq Məmmədovdur.

"İnno Kapital" Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının market-meykeridir.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
"AFB Bank"ın xalis mənfəəti 7 % azalıb
SOCAR-ın xalis mənfəəti 14 % artıb
"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər