Xalq artisti: "Yuxusuzluq məni öldürür, ağrılardan bezmişəm"
Far.Az xəbər saytı

Xalq artisti: "Yuxusuzluq məni öldürür, ağrılardan bezmişəm"


Bu gün Xalq artisti Ənvər Həsənovun doğum günüdür.

73 yaşlı sənətkar "Qaynarinfo"ya arzularından danışıb:

"Ağrıyıram, hər gün iynə vurulur, dərman içirəm, beləcə vaxtımı keçirirəm. O qədər ağrıyıram ki, ad günümü də unuduram.

Dostlar sağ olsun, gecədən zəng vurub təbrik edirlər. Bu yaşdan sonra adam özünə nə arzu edər? Heç nə arzulamıram.

Hər yerim ağrıyır, yata bilmirəm. Yuxusuzluq məni öldürür. İnanın, ağrılardan bezmişəm. Ağrısız-acısız bir həyat arzulayıram. Bəlkə, bundan sonra yaxşı olaram".

Ənvər Həsənov deyib ki, dostları onunla daim əlaqə saxlayır, səhhətini soruşurlar:

"Mən heç yerə çıxa bilmirəm, onlar gəlirlər. Allah yaxşı dostları var eləsin".

Far.Az

Oxşar xəbərlər

Bu gün maestro Niyazinin doğum günüdür
Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib - FOTO
Müslüm Maqomayevin məzarı ziyarət edilib
"Niyazi-112" sərgisinin açılışı olub - FOTO
Biləsuvarda bu il doğum səviyyəsi aşağı düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər