BMT rəsmisi: Azərbaycan kimliyi qitələrin və sivilizasiyaların qovşağında formalaşıb
Azərbaycanın kimliyi qitələrin və sivilizasiyaların qovşağında - ideyaların, mədəniyyətlərin və ənənələrin əsrlər boyu bir-birinə qarışdığı məkanda formalaşıb.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycanın Müstəqillik Günü münasibətilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş qərargahında təşkil olunan rəsmi qəbulda çıxış edən BMT Baş katibinin Kabinet rəhbəri Kortni Ratrey deyib.
Bu barədə Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Tədbirə digər ölkələrin BMT-dəki daimi nümayəndələri, diplomatlar və yüksək vəzifəli rəsmilər qatılıb.
Qəbulda çıxış edən BMT Baş katibinin Kabinet rəhbəri Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Qonaqlara müraciət edən Azərbaycanın daimi nümayəndəsi, səfir Tofiq Musayev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsini vurğulayıb. O, Azərbaycanın BMT-nin əsas sütunları üzrə - Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsindən və insan hüquqlarının təşviqindən tutmuş, beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsinə qədər olan sahələrdə fəal töhfələrini diqqətə çatdırıb.
Oxşar xəbərlər
Rəsmilər Şəhidlər xiyabanında
Ceyhun Bayramov ABŞ dövlət katibinin ev sahibliyi etdiyi tədbirə qatılıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ "Lukoyl"un xarici aktivlərinin satışı üçün lisenziyanın müddətini uzadıb
-
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
-
Azərbaycan millisinin üzvü Mirmehdi Rzayev: "İtaliya ilə matçda mütləq qələbə qazanmalıyıq"
-
ÜST rəhbəri: Sərhədlərin bağlanması Ebolanın yayılmasının qarşısını almayacaq
-
Müstəqillik Günü münasibətilə Belqradda rəsmi qəbul təşkil olunub
-
Kəmaləddin Heydərov Xırdalanda vətəndaşları qəbul edəcək













