Azərbaycan səfiri Türkmənistanda WUF13-ün əhəmiyyətindən danışıb
Far.Az xəbər saytı

Azərbaycan səfiri Türkmənistanda WUF13-ün əhəmiyyətindən danışıb


Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Aşqabadda keçirilən XXV "Ağ şəhər Aşqabad-2026" beynəlxalq sərgi və konfransında Bakının şəhərsalma, memarlıq, dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi layihələr və WUF13 tədbirinin həmiyyətindən danışıb.

Diplomatik missiyadan "Report"un Qazaxıstan bürosuna verilən məlumata görə, səfir Bakının COP29 və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) kimi nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin Azərbaycanın qlobal platformalarda fəal rolunu, urbanizasiya sahəsində əməkdaşlığa verdiyi töhfəni və etibarlı tərəfdaş kimi mövqeyini nümayiş etdirdiyini bildirib.

Q. Gözəlov WUF13 çərçivəsində sürətli urbanizasiyanın şəhərlərə, iqlimə, iqtisadiyyatlara və idarəetmə proseslərinə təsirlərinin müzakirə olunduğunu, daha təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin qurulması üçün innovativ həllərin təqdim edildiyini vurğulayıb.

O bildirib ki, Arkadağ şəhərinin inşası üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazovun rəhbərlik etdiyi nümayəndə heyətinin WUF13-də iştirak edib, həmçinin "Urban Expo" sərgisində həmçinin Türkmənistanın "Ağıllı şəhər – ağıllı gələcək" pavilyonu təqdim olunub.

Diplomat həmçinin Azərbaycanda, o cümlədən Qarabağda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələrinə toxunaraq, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqini, rəqəmsal infrastrukturun, enerji səmərəliliyinin və ekoloji monitorinq sistemlərinin inkişafını qeyd edib.

Oxşar xəbərlər

Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Türkmənistanda Azərbaycanın Zəfər Günü qeyd edilib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər