"FLYONE Asia" Daşkənddən Bakı və Gəncə hava limanlarına uçuşlara başlayıb
Moldovanın aşağı büdcəli aviaşirkəti olan "FLYONE Asia" Daşkənddən Bakı və Gəncəyə müntəzəm reyslərin icrasına başlayıb.
Bu barədə BAKU.WS-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.
Yeni əməkdaşlıq çərçivəsində Daşkənd–Bakı–Daşkənd reysləri həftədə bir dəfə, hər çərşənbə günü Heydər Əliyev Beynəlxalq Aeroportuna, Daşkənd–Gəncə–Daşkənd reysləri isə hər bazar günü Gəncə Beynəlxalq Hava Limanına yerinə yetiriləcək.
FLYONE Asia-nın Azərbaycan bazarına daxil olması ölkənin aviasiya sektorunun inkişafı və beynəlxalq hava əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti mühüm addımdır. Yeni aviaşirkətin fəaliyyətə başlaması sərnişinlər üçün əlavə seçim imkanları yaradacaq, regionlararası əlaqələrin inkişafına və qarşılıqlı səfərlərin artmasına töhfə verəcək.
Heydər Əliyev Beynəlxalq Aeroportu üçün "FLYONE Asia"nın fəaliyyətə başlaması beynəlxalq tərəfdaşlıq şəbəkəsinin daha da genişlənməsinin və ölkənin əsas hava nəqliyyatı qovşağı kimi mövqeyinin möhkəmlənməsinin növbəti göstəricisidir.
Gəncə Beynəlxalq Hava Limanı üçün isə yeni əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. "FLYONE Asia"nın uçuşları ilə Gəncə ilk dəfə olaraq Daşkənd istiqaməti üzrə birbaşa hava əlaqəsi əldə edir. Bu marşrut regionun beynəlxalq nəqliyyat əlçatanlığını artıracaq, turizm və biznes əlaqələrinin inkişafına əlavə imkanlar yaradacaq, eyni zamanda Gəncənin beynəlxalq marşrut şəbəkəsinin genişlənməsinə töhfə verəcək.
Daşkənd Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində mühüm strateji əhəmiyyətə malik şəhərlərdən biridir. Yeni reyslər iki ölkə arasında iqtisadi, turizm və humanitar əlaqələrin daha da inkişafına, eləcə də regionlar arasında mobilliyin artırılmasına xidmət edəcək.
Uçuş cədvəli və biletlərlə bağlı ətraflı məlumat "FLYONE Asia" aviaşirkətinin rəsmi satış kanalları vasitəsilə əldə edilə bilər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Zirə" 5 futbolçu ilə yollarını ayırıb
-
"Politico": ABŞ miqrasiya siyasətini sərtləşdirmək üçün reklam məlumatlarından istifadə edə bilər
-
Pezeşkian: İranın iqtisadi problemlərinin bir hissəsi xarici məhdudiyyətlərdən qaynaqlanır
-
Leyla Əliyevadan fermer qadına incə davranış
-
Aİ Yaxın Şərqdəki eskalasiya səbəbindən Rusiya neftinə qoyulan qiymət tavanını dondura bilər
-
Uşaqlar və valideynlərə SEVİNDİRİCİ XƏBƏR: Sabah pulsuz olacaq...













