Azərbaycanda yumurtanın qiyməti ucuzlaşa bilər
Far.Az xəbər saytı

Azərbaycanda yumurtanın qiyməti ucuzlaşa bilər


"Yumurtanın qiymətində ucuzlaşma prosesi artıq mart ayının sonlarından başlayıb. Hazırda yumurtanın topdansatış qiyməti təxminən 13,7 qəpik təşkil edir".

Bunu BAKU.WS-ə Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyət göstərir ki, yay aylarında qiymətlərdə müəyyən eniş tendensiyası davam edə bilər:

"Bunun əsas səbəblərindən biri yay mövsümündə əhalinin bir hissəsinin istirahətə getməsi nəticəsində daxili tələbatın nisbətən azalmasıdır. Digər mühüm amil isə kənd təsərrüfatında məhsuldarlığın artmasıdır. Belə ki, kənd toyuqları qış aylarında gündəlik təxminən 120 min ədəd yumurta verirdisə, hazırda bu göstərici 300 min ədədi ötüb. Bu da bazarda yumurta təklifinin artmasına və bolluğun yaranmasına səbəb olur.

Eyni zamanda, yerli istehsalçıların xarici bazarlara çıxışı da davam edir. Hazırda Azərbaycandan, xüsusilə iri quşçuluq müəssisələri tərəfindən Birləşmiş Ərəb Əmirliklərinə yumurta ixracı həyata keçirilir".

Orxan Hüseyn

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər