BMT Azərbaycan üçün enerji keçidi üzrə yol xəritəsini işə salıb
Bakı Enerji Həftəsində Azərbaycan üçün 7-ci Dayanıqlı İnkişaf Məqsədi üzrə yol xəritəsinin rəsmi olaraq işə salınması baş tutub.
"Report" xəbər verir ki, BMT Baş katibinin müavini və Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın İcraçı katibi Armida Salsiah Alisjahbananın Bakı Enerji Həftəsinə videomüraciətində qeyd etdiyi kimi, bu sənəd enerji səmərəliliyinin artırılması, elektromobilliyin təşviqi və Azərbaycanın "yaşıl enerji" üzrə regional hab kimi rolunun gücləndirilməsi kimi əsas istiqamətləri əhatə edir.
"Mərkəzi Asiya bərpa olunan enerji, o cümlədən günəş, külək və hidroenergetika üzrə əhəmiyyətli resurslara malikdir, həmçinin əsas enerji bazarlarının kəsişməsində strateji coğrafi mövqe tutur", - o bildirib və əlavə edib ki, regionda enerji transformasiyasını sürətləndirmək üçün bərpa olunan enerji mənbələri layihələrinə qoyulan investisiyaların (vəsaitlərin) həcmini artırmaq, elektrik şəbəkəsi infrastrukturunun modernləşdirilməsini həyata keçirmək, özəl kapitalın cəlb edilməsi üçün əlverişli mühit formalaşdırmaq və transsərhəd elektrik enerjisi mübadiləsini genişləndirmək lazımdır.
"Bu kontekstdə Azərbaycan "yaşıl energetika" üzrə regional mərkəz kimi öz mövqelərini gücləndirir", - S. Alisjahbana vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
Rumıniya Prezidenti Qalatsda binaya düşən dronun qalıqlarını nümayiş etdirib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
Bakı Bulvarında yeni festival başlayır
-
NYT: ABŞ 70-ə yaxın gəminin Hörmüz boğazından keçidini təmin edib
-
Bessent İranın ABŞ ilə müharibədə etdiyi "böyük səhvi" açıqlayıb













