"13 həftə, 13 avtomobil" kampaniyasına start verildi
Far.Az xəbər saytı

"13 həftə, 13 avtomobil" kampaniyasına start verildi


Azərbaycanın ən sevilən qazlı sərinləşdirici içki markalarından biri olan Bizon yay mövsümünə yeni lotereya kampaniyası ilə başlayıb. "13 həftə, 13 avtomobil" adlı kampaniya çərçivəsində iştirakçılar hər həftə bir avtomobil qazanmaq şansı əldə edəcəklər.

1 iyun – 30 avqust tarixlərini əhatə edən kampaniya müddətində istehlakçılar lotereyalı Bizon məhsulu alaraq qapağın altındakı xüsusi kod vasitəsilə iştirak edə bilərlər. Kampaniya zamanı hər həftə oynanacaq mükafat müasir dizaynı, rahat idarəetməsi və gündəlik istifadəyə uyğunluğu ilə seçilən Changan Q05 model avtomobildir.

Kampaniyada iştirak etmək üçün istehlakçılar:

  • Lotereyalı Bizon bankasını əldə etməli;
  • Məhsul üzərindəki QR kodu skan etməli və ya bizon.az ünvanına daxil olmalı;
  • Qapağın altındakı kodu və mobil nömrəni bu ünvana daxil etməlidirlər.

Qaliblər hər həftənin bazar ertəsi günü "Bizon Energy" YouTube kanalında canlı yayım vasitəsilə elan ediləcək. İştirakçılar prosesi real vaxtda izləyə biləcəklər. Xüsusi olaraq vurğulayaq ki, qalib müəyyən olunduğu halda məhsulun qapağı mütləq təqdim edilməlidir.

Bizon markası bu yay da istehlakçılarına yaddaqalan təcrübə təqdim etməyə davam edir. 13 həftə boyunca davam edəcək kampaniya yay aylarını daha maraqlı etməyi hədəfləyir.

Oxşar xəbərlər

"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər