IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək
Şirkət forumda ən müasir kibertəhlükəsizlik həllərini nümayiş etdirəcək
"Azercell Telekom" MMC ölkənin kibertəhlükəsizlik sahəsində ən mühüm tədbirlərindən biri hesab olunan IV Milli Kibertəhlükəsizlik Forumunun əsas dəstəkçiləri sırasında yer alır. İyunun 4-də keçiriləcək forum dövlət və özəl sektor nümayəndələrini, beynəlxalq ekspertləri, texnologiya şirkətlərini və sahə peşəkarlarını bir araya gətirərək rəqəmsal təhlükəsizlik sahəsində aktual çağırışların və innovativ həllərin müzakirəsi üçün mühüm platforma rolunu oynayacaq.
Forum çərçivəsində Azercell xüsusi stendlə təmsil olunacaq. Şirkət stendində korporativ müştərilər üçün nəzərdə tutulan kibertəhlükəsizlik həllərini, informasiya təhlükəsizliyinin idarə olunması istiqamətində tətbiq etdiyi qabaqcıl yanaşmaları, eləcə də süni intellekt əsaslı təhlükə aşkarlama və monitorinq imkanlarını təqdim edəcək.
Tədbir çərçivəsində Azercell-in Kibertəhlükəsizlik şöbəsinin rəhbəri Mais Şərifli "Kibertəhlükəsizlik 2.0: Süni intellekt erasında ekosistemin transformasiyası" mövzusunda təqdimatla çıxış edəcək. Təqdimatda süni intellekt texnologiyalarının kibertəhlükəsizlik sahəsinə gətirdiyi real nəticələr, tətbiq edilən yeni müdafiə mexanizmlərinin effektivliyi və rəqəmsal təhlükəsizliyin gələcəyini formalaşdıran əsas uğurlu tendensiyalar təqdim olunacaq.
Qeyd edək ki, Azercell kibertəhlükəsizlik sahəsində fəaliyyətini Azərbaycan Respublikasının 2023–2027-ci illər üzrə İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyasına uyğun şəkildə inkişaf etdirir. Şirkət daxili sistemlərdə süni intellekt texnologiyalarının tətbiqini genişləndirərək insidentlərin avtomatlaşdırılmış təhlili, zəifliklərin operativ aşkarlanması və risklərin qiymətləndirilməsi imkanlarını daha da təkmilləşdirib. Real vaxt rejimində monitorinq və qabaqlayıcı təhlükə aşkarlama mexanizmləri isə potensial kibertəhlükələrin qarşısının vaxtında alınmasına və ümumi təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində keçiriləcək müzakirələrin ölkədə rəqəmsal təhlükəsizlik ekosisteminin inkişafına, yeni əməkdaşlıq imkanlarının formalaşmasına və innovativ yanaşmaların tətbiqinə töhfə verəcəyi gözlənilir.
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
20 ballıq cərimə limiti artırılır?
-
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
-
SOCAR-ın prezidenti: "Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq"
-
Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirib
-
Sosial şəbəkələr və oyunlar: Yeni dövrün səssiz təhlükəsi
-
Sevgilisini anlaqsız vəziyyətdə xüsusi amansızlıqla öldürən şəxs barədə YEKUN QƏRAR













