İngiltərə Premyer Liqası tarixində ən yaxşı mərkəz müdafiəçilərinin reytinqi dərc edilib
Far.Az xəbər saytı

İngiltərə Premyer Liqası tarixində ən yaxşı mərkəz müdafiəçilərinin reytinqi dərc edilib


İngiltərə Premyer Liqası tarixində ən yaxşı mərkəz müdafiəçilərinin reytinqi dərc edilib.

"Far.Az" xəbər verir ki, məşhur "GiveMeSport" portalı tərtib etdiyi siyahıda ilk pilləyə "Çelsi"nin və İngiltərə yığmasının sabiq müdafiəçisi Con Terrini layiq görüb.

"Mançester Yunyted" və İngiltərə yığmasının keçmiş mərkəz müdafiəçisi Rio Ferdinand ikinci, niderlandlı futbolçu Vircil van Dayk ("Liverpul") isə üçüncü pillədə qərarlaşıb.

Nəşrin açıqlamasına görə, seçim aparılarkən əsas meyar kimi futbolçunun komanda üçün əhəmiyyətinə, qazanılan titullara, qol baxımından fəaliyyətinə, yüksək səviyyədə çıxış müddətinə və "quru" oyunların sayına diqqət yetirilib.

Qeyd edək ki, "Transfermarkt" portalına görə hazırda İngiltərə Premyer Liqasında Vilyam Saliba ("Arsenal") və Ruben Diaş ("Mançester Siti") ən bahalı müdafiəçilərdir. Hər iki milli üzvü 80 milyon avro dəyərində qiymətləndirilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İngiltərə Premyer Liqası: “Mançester Siti” “Arsenal”la matçda son dəqiqədə məğlubiyyətdən xilas olub
Futbol tarixinin 15 ən böyük UĞURSUZ TRANSFERİ - SİYAHI
Mehriban Əliyevanın doğum günüdür
Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 13 ilin maksimumuna çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər