Rusiya Ukraynada nüvə yanacağı anbarına PUA ilə hücum edib
Far.Az xəbər saytı

Rusiya Ukraynada nüvə yanacağı anbarına PUA ilə hücum edib


Ukraynanın dövlət enerji şirkəti "Enerqoatom" Rusiyanın ölkə ərazisində yerləşən nüvə yanacağı infrastrukturuna pilotsuz uçuş aparatı ilə zərbə endirdiyini açıqlayıb.

Far.Az xəbər verir ki, hücum nəticəsində istifadə olunmuş nüvə yanacağının saxlanması üçün nəzərdə tutulmuş konteynerlərin qəbul olunduğu tikiliyə ziyan dəyib və bina qismən dağılıb.

Rəsmi açıqlamada vurğulanıb ki, zərər görən sahədə nüvə tullantıları və ya istifadə olunmuş yanacaq saxlanılmadığından radiasiya sızması təhlükəsi yaranmayıb.

"Enerqoatom" həmçinin bildirib ki, obyektin ətrafında aparılan ölçmələr radiasiya səviyyəsinin normal həddə qaldığını göstərib. Hadisə nəticəsində insan tələfatı və ya xəsarət alanların olmadığı qeyd olunub.

Şirkət insidenti nüvə təhlükəsizliyinə təhdid kimi qiymətləndirərək beynəlxalq ictimaiyyətin diqqətini məsələyə cəlb edib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər