Türkmənistanda "Arşın mal alan" tammetrajlı bədii filminin nümayişi olub
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində "Arşın mal alan" tammetrajlı bədii filminin nümayişi olub.
Bu barədə "Far.Az"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görkəmli rejissor, Xalq artisti Tofiq Tağızadənin dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında 1965-ci ildə lentə aldığı "Arşın mal alan" filmi qısa müddət ərzində ölkəmizdə və xaricdə geniş tamaşaçı rəğbəti qazanıb.
Filmdə hadisələr XX əsrin əvvəllərində Bakıda cərəyan edir. Varlı gənc tacir Əsgər evlənmək istəsə də, dövrün adət-ənənələri ona gələcək həyat yoldaşını əvvəlcədən görməyə imkan vermir. Buna görə də o, arşınmalçı qiyafəsinə girərək sevdiyi qızı tapmağa çalışır. Film məhəbbət, ailə dəyərləri və dövrün sosial münasibətlərini yumor və musiqi dili ilə təqdim edir. Əsər Azərbaycan kino tarixinin ən məşhur musiqili ekran nümunələrindən hesab olunur.
Ssenari müəllifi Tofiq Tağızadə və Muxtar Dadaş olan ekran əsərində Azərbaycanın tanınmış aktyorları rol alıb.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb













