Çin Aral gölünün bərpası üçün Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı gücləndirir
Çin quruma təhlükəsi ilə üzləşən Aral gölünün ekoloji problemlərinin həlli istiqamətində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığını genişləndirir.
Far.Az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Məlumata görə, Qazaxıstan və Özbəkistan arasında yerləşən, vaxtilə dünyanın dördüncü ən böyük gölü hesab olunan Aral gölü 1960-cı illərdən bəri nəzarətsiz su istifadəsi və iqlim dəyişikliyi səbəbindən sahəsinin 90 faizdən çoxunu itirib.
Problemin həlli məqsədilə Çin Elmlər Akademiyasının Sincan Ekologiya və Coğrafiya İnstitutu 2013-cü ildə regional tərəfdaşlarla birlikdə Daşkənddə yerləşən Mərkəzi Asiya Ekologiya və Ətraf Mühit Tədqiqat Mərkəzini yaradıb. Qazaxıstan, Qırğızıstan və Tacikistanda da nümayəndəlikləri olan mərkəz su ehtiyatlarının səmərəli idarə olunması, səhralaşmaya qarşı mübarizə, şoran torpaqların bərpası və ekoloji reabilitasiya sahəsində birgə layihələr həyata keçirir.
Mərkəzi Asiya Ətraf Mühit və İqlim Dəyişikliyi Araşdırmaları Universitetinin prorektoru Şahriyor Nurulloev bildirib ki, Çinli tərəfdaşlarla birgə Aral gölü hövzəsində ekoloji bərpa işlərini sürətləndirməyi, torpaqların məhsuldarlığını artırmağı, yerli əhalinin yaşayış şəraitini yaxşılaşdırmağı və regionun uzunmüddətli dayanıqlı inkişafına töhfə verməyi hədəfləyirlər.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Tovuzda hamilə qadın bıçaqlanıb













