Türk Akademiyası Elmi Şurasına sədrlik Azərbaycandan Qazaxıstana ötürülüb
Elm və təhsil naziri Emin Əmrullayev Qazaxıstanın Türküstan şəhərində Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak edib.
Bu barədə "Report"a Elm və təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iclasda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin elm və təhsil sahəsinə cavabdeh qurumlarının nümayəndələri, həmçinin Türk Akademiyasının prezidenti Şahin Mustafayev iştirak edib.
Tədbirdə Türk Akademiyasının 2024–2025-ci illər üzrə fəaliyyəti, cari ildə həyata keçirilən layihələr və tədbirlər, eləcə də 2026-cı il üçün fəaliyyət planı, prioritet tədqiqat istiqamətləri və Türk dünyası üzrə əlamətdar tarixlər müzakirə olunub.
İclasda çıxış edən E. Əmrullayev Azərbaycanın Türk Akademiyası Elmi Şurasına sədrliyi dövründə birgə tədqiqat təşəbbüslərinin, akademik mübadilə proqramlarının və ali təhsil müəssisələri arasında institusional əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
E. Əmrullayev həmçinin Bakıda keçirilmiş I Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə təşkil olunan tədbirlərin Türk dünyasının elmi, mədəni və dil irsinin qorunması və təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
İclasın yekununda Türk Akademiyası Elmi Şurasına sədrliyin Azərbaycan Elm və Təhsil Nazirliyindən Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyinə ötürülməsi barədə qərar qəbul olunub. Həmçinin Elmi Şuranın 9-cu iclasının Qırğızıstanda keçirilməsi razılaşdırılıb.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 3 küçədə yollar bağlanacaq - Təmir işlərinə görə
-
KMBİ qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsini ifşa etdi
-
Sakinlər imdad dilədilər: "Ən pis yer-yurd buradır, səsimizi çatdırın"
-
Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 55 ölü var - DƏHŞƏTLİ KADRLAR
-
Tramp: ABŞ Hörmüz boğazını minalardan tamamilə təmizləyib
-
ABŞ, Ermənistan və Azərbaycan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yayıb













