Aytən Məmmədova: Layihədə təkcə məhdudiyyətlər deyil, effektiv tənzimləmə vasitələri var
Azərbaycanda sosial şəbəkələrlə bağlı qanun layihəsində effektiv nəzarət üsulları var.
"Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin idarə rəisi Aytən Məmmədova Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik layihəsinin ictimai müzakirəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, layihənin xüsusi tərəfi ondan ibarətdir ki, burada sadəcə məhdudiyyətlər və məsuliyyətlər yoxdur:
"Xüsusən də effektiv tənzimləmə və nəzarət üsulları var. Valideynlər bu alətlərlə uşaqların sosial şəbəkələrdə keçirdiyi vaxtı idarə edə biləcəklər. Valideynlər eyni zamanda övladlarının qarşısına çıxacaq məzmunları və reklamları da idarə edə biləcəklər. Bu yanaşma uşaqların psixoloji və fizioloji inkişafının erkən mərhələdə zədələnməsinin qarşısını alır və onların real sosial-mədəni mühitdə adaptasiyasını təmin edir".
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













