Azərbaycanda gələn ildən "İndi al, sonra ödə" xidməti tətbiq edilə bilər
Far.Az xəbər saytı

Azərbaycanda gələn ildən "İndi al, sonra ödə" xidməti tətbiq edilə bilər


Azərbaycanda gələn ildən etibarən "Buy Now, Pay Later" (İndi al, sonra ödə) xidmətinin istifadəyə verilməsi mümkün ola bilər.

Bunu "Report"a açıqlamasında "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev deyib.

O bildirib ki, ölkədə fintex sahəsinin inkişafına dair təkliflər müntəzəm qaydada Mərkəzi Banka göndərilir və tənzimləyici orqan sektorla sıx əməkdaşlıq edir:

"Hazırda fintex şirkətləri üçün ən perspektivli sahələrdən biri "Buy Now, Pay Later" (İndi al, sonra ödə) modelinin tətbiqidir. Biz arzu edərdik ki, Azərbaycanda da "Buy Now, Pay Later" xidməti tətbiq edilsin. Ancaq düşünürəm ki, yerli fintex şirkətlərinin yetkinlik dərəcəsi hələlik buna tam hazır vəziyyətdə deyil. Hazırda rahat şəkildə skoring həyata keçirib bu modeli reallaşdırmaq imkanlarımız kifayət qədər genişlənməyib. Açıq bankçılıq imkanlarının artması və dövlət informasiya sistemləri ilə inteqrasiyaların gücləndirilməsi bu sahədə yeni perspektivlər formalaşdıracaq.

Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR), "mygov", İAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) və sair elektron platformalarla inteqrasiyalar tam şəkildə qurulduqdan sonra fintex şirkətləri yerində mikrokreditlərin təqdim edilməsi və "İndi al, sonra ödə" modellərinin işə salınmasına başlaya biləcəklər. Bu da bizə banklarla müqayisədə əlavə rəqabət üstünlüyü təmin edə bilər.

Eyni zamanda, "InsurTech" məhsullarının, yəni sığorta və fintex xidmətlərinin birlikdə təklif olunması da bazarın genişlənməsinə dəstək verə bilər".

Assosiasiya rəhbəri qeyd edib ki, bütün bu təşəbbüslərin müvəffəqiyyəti hər şeydən əvvəl açıq bankçılıq ekosisteminin formalaşmasından asılıdır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər