İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər
Far.Az xəbər saytı

İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər


Minifutbol üzrə Avropa çempionatından növbəti dəfə qələbə ilə qayıdan milli komandamızın üzvləri sponsorları "Abşeron" Ticarət Mərkəzinin qonağı olub.

İkiqat qitə çempionlarını "Abşeron" Ticarət Mərkəzinin direktoru Araz Rəhimov səhər yeməyində qarşılayıb. Ticarət Mərkəzinin direktoru komandanı qələbə münasibətilə təbrik edib və yeni-yeni uğurlar arzulayıb.

Sonra qaliblər üçün azarkeşlərlə görüş keçirilib. Tədbirdə futbolçular xüsusi hazırlanmış milli komanda formalarını imzalayıblar. Futbol fanatları çempionlardan imzalı forma almaq, xatirə şəkilləri çəkdirmək, onlarla söhbət etmək imkanı əldə ediblər.

Qeyd edək ki, "Abşeron" Ticarət Mərkəzi minifutbol üzrə Azərbaycan milli komandasının sponsorlarından biridir və ölkəmizə böyük qürur yaşadan idmançılarımıza dəstəyini davam etdirir.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
Prezident və birinci xanım Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - YENİLƏNİB
Azərbaycan-Gürcüstan dostluğunu və milli irsi yaşadan mərkəz - Axundov Muzeyindən REPORTAJ
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər