Bolat Sambetov: "TDT çərçivəsində regional ticarət dövriyyəsi 40 milyard dollara yüksəlib"
Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin rəqabət orqanları arasında əməkdaşlığın dərinləşdirilməsi regional iqtisadi inteqrasiya prosesinin sürətləndirilməsinə mühüm töhfə verə bilər.
"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qazaxıstanın Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyi sədrinin müavini Bolat Sambetov "Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu" çərçivəsində təşkil edilən "TDT-nin hərəkətverici qüvvələrindən biri kimi rəqabət siyasətinin formalaşdırılması: regional əməkdaşlıq" adlı panel müzakirəsində bildirib.
B.Sambetovun sözlərinə görə, son dövrdə TDT yalnız siyasi dialoq platforması olaraq deyil, eyni zamanda ticarət, investisiya, nəqliyyat və iqtisadi tərəfdaşlığın inkişaf etdiyi əhəmiyyətli regional məkana çevrilib.
"Təşkilat daxilində regional ticarət həcmi son illərdə nəzərəçarpacaq şəkildə artaraq 9 milyard ABŞ dollarından 40 milyard ABŞ dollarına qədər yüksəlib. Keçən il Budapeştdə baş tutan TDT ölkələrinin rəqabət qurumları rəhbərlərinin görüşündə gələcək əməkdaşlığın prioritet istiqamətləri müəyyən edilib. Bu istiqamətlərə hüquq tətbiqi sahəsində əməkdaşlığın gücləndirilməsi, kartellərlə mübarizə, bazar tədqiqatlarının aparılması, süni intellekt texnologiyalarının istifadəsi və birgə araşdırmaların reallaşdırılması aiddir".
Onun qeyd etdiyinə görə, təşkilata üzv dövlətlər logistika, yanacaq təchizatı, rəqəmsal bazarlar və marketpleyslər istiqamətində ortaq araşdırmalar həyata keçirə, qiymət formalaşması mexanizmlərini təhlil edə və rəqəmsal platformalar üçün ümumi qaydalar işləyib hazırlaya bilərlər.
Oxşar xəbərlər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Şuşada TDT-nin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













