Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 7 % azaldıb
Far.Az xəbər saytı

Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 7 % azaldıb


Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 926,908 milyon ABŞ dolları dəyərində mal idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7 % azdır.

Beş ayda Azərbaycanın idxalı Türkiyənin ümumi ixracının 1 %-ni təşkil edib.

Türkiyədən ən çox mal idxalını Almaniya 8 milyard 305,128 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 2,1 % çox), ABŞ 5 milyard 686,731 milyon ABŞ dolları (+6,1 %) və Birləşmiş Krallıq 5 milyard 668,509 milyon ABŞ dolları (+3,2 %) dəyərində həyata keçirib.

Təkcə mayda isə Türkiyə Azərbaycana 162,717 milyon ABŞ dolları dəyərində mal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 45,7 % azdır.

Yanvar-may aylarında Türkiyənin mal ixracının ümumi dəyəri illik müqayisədə 1,2 % artaraq 97 milyard 331,859 milyon ABŞ dollarına, may ayında isə 9,7 % azalaraq 19 milyard 443,338 milyon ABŞ dollarına enib.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər