Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr olunan təntənəli konsert keçirilib
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera Orkestrinin Xankəndi Mədəniyyət Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli konserti keçirilib.
Far.Az xəbər verir ki, bayram konserti Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən ölkəmizin aparıcı bədii kollektivlərinin genişmiqyaslı mədəni qastrol proqramı çərçivəsində gerçəkləşib.
Əvvəlcə Milli Qurtuluş Gününün tarixi haqqında məlumat verilib. Bu əlamətdar tarixlə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müasir müstəqil Azərbaycanın işıqlı gələcəyinin möhkəm təməllərinin qoyulduğu diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyevin liderliyində sərhədləri bütöv, suverenliyi tam olan qalib Azərbaycan Ulu Öndərin yaratdığı təməlin üzərindən bərqərardır.
Sonra bayram konserti başlanıb.
Orkestr Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəylinin "Arazbarı", Qara Qarayevin "Yeddi gözəl" baletindən "Aişənin rəqsi" və "İldırımlı yollarla" baletindən "Ehtiraslı qızın rəqsi", Fikrət Əmirovun Min bir gecə" baletindən "Şəhrizadın bayramı", həmçinin "Azərbaycan elləri" və "Mǝn sǝni araram" mahnılarını səsləndirib.
Konsertdə həmçinin Niyazinin "Arzu", "Qaytağı", Cahangir Cahangirovun "Alagöz", Arif Məlikovun "Sehrli xalat" filminə yazdığı "Qızların rəqsi" və "İki qəlbin dastanı" baletindən "Komdenin arzuları", Vasif Adıgözəlovun "Qərənfil", Süleyman Ələsgərovun "Vətənimdir", Müslüm Maqomayev "Azərbaycan", Fərhad Bədəlbəylinin "Dəniz", Antonio Vivaldinin "İlin fəsilləri" silsiləsindən "Yay", Həsən Rzayevin "Çahargah rapsodiyası" və xalq mahnılarımız səsləndirilib.
Solistlər Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artist Anar Şuşalı, Səbinə Ərəbli, Səxavət Məmmədov, Nəzrin Aslanlı, Talıb İsgǝndǝrli, Nicat Mənsimov və Rəfiqə Quluzadə orkestrin müşayiəti ilə tamaşaçılara əsl bayram ab-havası yaşadıblar.
Doğma yurda qayıdan Xankəndi sakinləri, Qarabağ Universitetinin müəllim və tələbələri, eləcə də azad torpaqların quruculuğunda iştirak edən vətəndaşlarımız bütün musiqi nömrələrini alqışlarla qarşılayıblar.
Xatırladaq ki, Xankəndi Mədəniyyət Mərkəzi əsaslı şəkildə yenidənqurmadan sonra Prezident İlham Əliyevin iştirakı ilə mayın 28-də istifadəyə verilib.
Qeyd edək ki, qastrol layihəsi "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədilə həyata keçirilir.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sitalçayda qatar minik avtomobili ilə toqquşdu
-
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib
-
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 13 % artıb
-
Tramp Venesuelanın neft ehtiyatlarının ABŞ-nin nəzarətinə keçdiyini bəyan edib
-
Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar ediblər
-
Silvestr Stallonenin 30 yaşlı qızı nişanlandı













