ABŞ və İran memorandumunu imzaladı – Sənədə Tramp, Vens və Qalibaf imza atdı
Far.Az xəbər saytı

ABŞ və İran memorandumunu imzaladı – Sənədə Tramp, Vens və Qalibaf imza atdı


ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalanıb.

Far.Az xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid ABŞ rəsmilərinə istinadən "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, sənədi ABŞ adından Prezident Donald Tramp və vitse-prezident Cey Di Vens, İran adından isə ölkə parlamentinin sədri Məhəmmədbaqer Qalibaf imzalayıb.

Qalibaf sosial şəbəkədəki paylaşımında İranın mühüm uğur qazandığını vurğulayaraq, "Yekun qələbəyə doğru böyük addım atdıq. Biz möhkəm dayanmışıq və Allahın köməyi ilə qələbə qazanacağıq", – deyə bildirib.

İran Prezidenti Məsud Pezeşkian isə bəyan edib ki, danışıqlar heyəti ölkə rəhbərliyinin müəyyən etdiyi siyasi xəttdən kənara çıxmayacaq. Onun sözlərinə görə, bütün addımlar İranın milli maraqlarına uyğun şəkildə atılacaq.

Pezeşkian daha əvvəl qeyd etmişdi ki, memorandumun bütün müddəaları tam icra olunacağı təqdirdə regionda yeni siyasi vəziyyət formalaşa bilər.

Bu arada "Reuters" agentliyi də yüksəkvəzifəli ABŞ rəsmisinə istinadən memoranduma Donald Tramp, Cey Di Vens və Məhəmmədbaqer Qalibafın imza atdığını təsdiqləyib.

Məlumata görə, sənədin elektron qaydada imzalandığı ehtimal edilir.

Oxşar xəbərlər

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb
SOCAR "Uzbekneftegaz"la süni intellektin tətbiqi sahəsində Anlaşma Memorandumunu imzalayıb
Baku TV və "Özbəkistan 24" arasında əməkdaşlıq memorandumu imzalanıb
"Nar" və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər