Tramp: Rusiya Ukrayna ilə sülh sazişi bağlamalıdır
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında münaqişənin dayandırılması üçün tərəflərin sülh sazişi imzalamasının vacibliyini bəyan edib.
BAKU.WS xəbər verir ki, Tramp bu barədə Fransada keçirilən G7 sammiti çərçivəsində Qətər əmiri Təmim bin Həməd Al Tani ilə görüşü zamanı danışıb.
ABŞ lideri bildirib ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə məhsuldar görüş keçirib və gün ərzində onunla yenidən əlaqə saxlamağı planlaşdırır.
Trampın sözlərinə görə, münaqişə hər iki tərəfə ağır itkilər bahasına başa gəlir:
"Rusiya saziş bağlamalıdır. Həm onlar, həm də Ukrayna çoxlu insan itirib. Təkcə ötən ay ümumilikdə 35 min əsgər həlak olub. Orta hesabla hər ay təxminən 25 min insan həyatını itirir. Bunların əksəriyyəti gənc əsgərlərdir və baş verənlər dəhşətlidir", – deyə o vurğulayıb.
Donald Tramp əlavə edib ki, bu məsələni daha əvvəl Rusiya Prezidenti Vladimir Putinlə də müzakirə edib.
"Bazar günü Prezident Putinlə danışmışdım. Görək hadisələr necə inkişaf edəcək", – deyə ABŞ Prezidenti qeyd edib.
O, həmçinin Rusiya və Ukrayna liderləri arasında ciddi qarşıdurma və dərin etimadsızlığın hələ də davam etdiyini bildirib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"28 May"–"Nizami" xətti bağlanır: Sabahdan 6 yeni ekspres avtobus işləyəcək
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
-
SEPAH: Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir













