Əli Əsədov: Birgə investisiya fondları əməkdaşlığın inkişafı üçün səmərəli alətdir
Azərbaycanda dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsi planauyğun şəkildə inkişaf edir.
"Far.Az"un Özbəkistana ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, dünya iqtisadiyyatının transformasiyası şəraitində beynəlxalq investisiya əməkdaşlığının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir:
"Bu kontekstdə strateji əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasını və maliyyə resurslarının səmərəli şəkildə birləşdirilməsini təmin edən birgə investisiya fondları mühüm alət kimi çıxış edir. Bu yanaşmadan çıxış edərək, Azərbaycan dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsini ardıcıl olaraq inkişaf etdirir".
Baş nazir vurğulayıb ki, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birlikdə təsis edilmiş investisiya fondları artıq iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinin və perspektivli sahələrə investisiyaların cəlb edilməsinin təsirli mexanizmidir.
O, həmçinin qeyd edib ki, səylərin birləşdirilməsi və investisiya əməkdaşlığının daha da möhkəmləndirilməsi dayanıqlı inkişaf və dövlətlərin rifahı kimi ümumi məqsədlərə nail olmağa töhfə verəcək.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev: Özbəkistan Azərbaycan üçün qardaş ölkə, etibarlı müttəfiqdir - MÜSAHİBƏ
Şəhərlər üçün texnologiyalar: "Yango Group" Bakıda keçirilən WUF13 forumunda şəhər mühitinin inkişafına yönəlmiş həllər təqdim edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib













