ITFC: İsƏT ölkələrində ticarətin dəstəklənməsinə 96 milyard dollardan çox vəsait yönəldilib
Far.Az xəbər saytı

ITFC: İsƏT ölkələrində ticarətin dəstəklənməsinə 96 milyard dollardan çox vəsait yönəldilib


2008-ci ildə Beynəlxalq İslam Ticarətin Maliyyələşdirilməsi Korporasiyası (ITFC) yaranmasından bu yana İslam Əməkdaşlıq Təşkilatına (İsƏT) üzv ölkələr üçün 96 milyard ABŞ dollarından çox məbləğdə ticarət maliyyələşdirilməsini təsdiqləyib.

"Far.Az" xəbər verir ki, bunu ITFC-nin baş direktoru Adib Yusif Əl-Aama Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantısı çərçivəsində keçirilən panel sessiyasında bildirib.

ITFC-nin baş direktorunun sözlərinə görə, 2025-ci ildə korporasiya tərəfindən təsdiqlənmiş ticarət maliyyələşdirilməsinin həcmi 9,35 milyard ABŞ dolları təşkil edib ki, bunun da təxminən 8 milyard ABŞ dolları İsƏT ölkələri arasında ticarətin dəstəklənməsinin payına düşüb: "Maliyyələşdirmənin demək olar ki, üçdə biri ən az inkişaf etmiş ölkələrə yönəldilir".

O vurğulayıb ki, ITFC-nin fəaliyyəti islam maliyyələşdirilməsi prinsiplərinə əsaslanır və iqtisadiyyatın real sektorunun dəstəklənməsinə, risklərin ədalətli şəkildə bölüşdürülməsinə və dayanıqlı inkişafa töhfə verilməsinə yönəlib.

Korporasiya rəhbəri həmçinin ITFC-nin beynəlxalq maliyyə institutları və banklarla geniş tərəfdaşlıq şəbəkəsi vasitəsilə resursları operativ şəkildə səfərbər etmək qabiliyyətini qeyd edib.

Oxşar xəbərlər

Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər