Azərbaycan ötən il 1,3 milyard dollarlıq kimya sənayesi məhsulları istehsal edib
Far.Az xəbər saytı

Azərbaycan ötən il 1,3 milyard dollarlıq kimya sənayesi məhsulları istehsal edib


2025-ci ildə Azərbaycanda ümumi dəyəri 1,3 milyard ABŞ dollarından çox olan kimya sənayesi məhsulları istehsal edilib.

"Far.Az" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, kimya və neft-kimya sənayesi Azərbaycanın ən güclü sənaye sahələri olaraq qalır: "2025-ci ildə kimya, əczaçılıq, rezin və plastik məhsulların istehsalının ümumi dəyəri 1,3 milyard ABŞ dollarını ötüb. Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən rezidentlərin layihə portfelinin ümumi dəyəri isə təxminən 3,5 milyard ABŞ dollarına çatıb. Bu sektor yerli karbohidrogen ehtiyatları, müasir infrastruktur və formalaşmış ixrac kanalları hesabına yüksək investisiya potensialı təqdim edir. Əsas investisiya istiqamətləri sırasında xüsusi və tikinti təyinatlı kimyəvi məhsulların istehsalı, əczaçılıq sənayesi, plastik emalı, qablaşdırma məhsulları, germetiklər və dayanıqlı kimyəvi həllər yer alır".

"Əlbəttə, bunlar yerli və xarici investorlar üçün təqdim etdiyimiz yeganə imkanlar deyil. Bununla belə, kimya və neft-kimya sənayesində həm yüksək tələbatın, həm də geniş inkişaf perspektivlərinin mövcud olduğunu görürük. Bu sahə yaxın illərdə də Azərbaycanın sənaye inkişafının əsas hərəkətverici qüvvələrindən biri olaraq qalacaq", - deyə Y.Abdullayev əlavə edib.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər