Nizami rayonunda piyadaların maarifləndirilməsi ilə bağlı tədbirlər keçirilib
Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində piyadaların iştirakı ilə maarifləndirici tədbirlər keçirilib.
BAKU.WS xəbər verir ki, tədbirlər əsasən Qara Qarayev prospektində təşkil olunub.
Yol polisi əməkdaşları piyada keçidi və yeraltı keçid olduğu halda hərəkət hissəsini keçərək öz həyatlarını təhlükəyə atan vətəndaşlarla profilaktik söhbətlər aparıblar. Həmçinin rayonun müxtəlif küçə və prospektlərində piyadaların təhlükəsizliyinin təmin olunması, bu sahədə maarifləndirmə işinin gücləndirilməsi və yol hərəkəti qaydalarının təbliği diqqət mərkəzində saxlanılıb.
Maarifləndirmə tədbirləri rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin kollektivlərinin iştirakı ilə də davam etdirilib.
Görüşlər zamanı iştirakçılara yolu keçərkən diqqətli olmaları, həyatlarını riskə atmamaq üçün yalnız piyada keçidlərindən istifadə etmələrinin vacibliyi izah olunub.
Tədbir iştirakçılarına günün qaranlıq saatlarında xüsusi işıqqaytarıcı geyimlərdən istifadə etmələri tövsiyə edilib.
Qalereya
Oxşar xəbərlər
Yol hərəkəti təhlükəsizliyi üçün profilaktik işlər davam edir
Bakıda dörd tunel və üç yeraltı piyada keçidi inşa edilir
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakının mərkəzində daha 5 küçə piyadalaşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
-
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
-
Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA
-
Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib
-
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
-
Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə olacaq













