Nazir: "IsDB ilə 640 milyon dollarlıq 11 layihə icra olunur"
Far.Az xəbər saytı

Nazir: "IsDB ilə 640 milyon dollarlıq 11 layihə icra olunur"


Hazırda Azərbaycanda İslam İnkişaf Bankı (IsDB) Qrupu ilə birlikdə ümumi dəyəri təxminən 640 milyon ABŞ dolları olan 11 layihə icra mərhələsindədir.

"Far.Az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən IsDB Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş yekun mətbuat konfrasında bildirib.

Nazir əlavə edib ki, Azərbaycan IsDB-nin üzvü olduqdan sonra onun nizamnamə kapitalındakı ilkin payı 0,1 % olsa da, bu illər ərzində 10 %-ə yüksəlib: "Bu göstərici Azərbaycanın Qrupun fəaliyyətində artan rolunu və bu təşkilata sadiqliyini nümayiş etdirir. Azərbaycan–IsDB əməkdaşlığının inkişafına verilən ölkəmizijn "Dostluq" ordeni ilə qiymətləndirilib. Bu yüksək mükafat tərəfdaşlığa ən ali səviyyədə verilən önəmi bir daha təsdiqləyir.

IsDB müstəqilliyimizin ilk illərindən Azərbaycana dəstək göstərən ilk beynəlxalq maliyyə qurumlarından biri olub. Bu gün isə tərəfdaşlıq Azərbaycanın nailiyyətlərini əks etdirən yeni, daha transformativ mərhələyə qədəm qoyub. Həmin dövrdən bəri Bank infrastruktur, kənd təsərrüfatı, enerji, su təsərrüfatı, nəqliyyat və maliyyə xidmətləri daxil olmaqla iqtisadiyyatın əsas sahələrində 84 əməliyyat üzrə təxminən 1,8 milyard ABŞ dolları maliyyələşdirmə aparıb. Bu layihələrin böyük əksəriyyəti artıq uğurla başa çatdırılıb".

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər