Naxçıvan Ali Məclisi yerli büdcənin icrasını müzakirə edir
Far.Az xəbər saytı

Naxçıvan Ali Məclisi yerli büdcənin icrasını müzakirə edir


Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin növbədənkənar sessiyasının bugünki iclası başlayıb.

"Far.Az"un yerli bürosu xəbər verir ki, iclasda "Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında" qanun layihəsi I oxunuşda müzakirə edilir.

Ötən il büdcənin gəlirləri 450,65 milyon manat, xərcləri isə 445,63 milyon manat təşkil edib. Son nəticədə büdcədə təxminən 5 milyon manat profisit yaranıb, sərbəst qalıq 40,5 milyon manata yüksəlib.

Ötən il yerli büdcənn gəlirlərinin 160 milyon manatı dövlət büdcəsindən ayrılmış dotasiya, 290,65 milyon manatı isə digər mənbələrin - əsasən vergilərin hesabına formalaşıb.

Bundan başqa, iclasın gündəliyinə "Normativ hüquqi aktlar haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (I oxunuş) və "Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında" qanun layihəsi (I oxunuş) var.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər