Kamçatka sahillərində güclü zəlzələ baş verib
Far.Az xəbər saytı

Kamçatka sahillərində güclü zəlzələ baş verib


Rusiyanın şərqində, Kamçatka sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

"Far.Az" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 187 min nəfərin yaşadığı Petropavlovsk-Kamçatski şəhərindən 140 km şərqdə yerləşib.

Zəlzələnin ocağı 35 km dərinlikdə olub.

Zərərçəkənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Oxşar xəbərlər

FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb - YENİLƏNİB-5
Alla Puqaçova ilə 11 il yaşadığı evi 240 milyona satır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər