"Mikrorayon"un Baharı: Adil kimi övlad böyütdüyüm üçün özümə nifrət edirəm
Far.Az xəbər saytı

"Mikrorayon"un Baharı: Adil kimi övlad böyütdüyüm üçün özümə nifrət edirəm


Əməkdar artist Məsmə Aslanqızı "Mikrorayon" serialında Adil kimi övlad böyütdüyü üçün özünə nifrət etdiyini deyib.

Aktrisa "Report"a müsahibəsində serialın bu kimi problemlərin həlli baxımından faydalı olacağını düşündüyünü bildirib.

"Biz ümid edirik ki, serialda gəlinən ümumi nəticə bu mövzuda müsbət təsirini göstərəcək. Oğlan övladını yetişdirmək çox çətindir. Bəli, mən qız anasıyam, eyni sözləri qız övladı üçün də demək olar. Ümumiyyətlə, ana mövzusu, ananın tək-tənha müxtəlif səpkili problemlərlə təkbətək qalması, doğrudan da, bütün dövrlər üçün aktualdır".

Əməkdar artistin sözlərinə görə, serialda gənclərlə bağlı problemlər kifayət qədər aydın göstərilib.

"Serialın son seriyasından sonra rejissora yazdım ki, bu cür zəif övlad böyütdüyüm üçün özümə nifrət edirəm. Bilirsiniz, heç bir qadın öz xoşu ilə güclü olmur, bu məcburiyyətdən yaranan bir şeydir. Serialda da bu məsələ kifayət qədər göstərilib, yenə də deyirəm, biz ümid edirik ki, məhz bu mövzudakı problemlərə müəyyən mənada işıq tuta biləcəyik".

Qeyd edək ki, "Mikrorayon" serialının rejissoru Qulu Əsgərov, ssenari müəllifi Gəray Həsən, baş prodüseri Sevinc Əliyevadır. Ekran işində bir qrup yeniyetmənin dostluq münasibətləri, ailə daxilində yaşadıqları çətinliklər və daxili dünyaları təsvir olunur.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Əməkdar artist: Bəzən filmə-seriala dəvət mesajında rejissorlar beş səhvə yol verirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər