Şimal-qərb rayonlarında yağış yağıb, güclü külək əsib
Bakıda oktyabrın 26-sı saat 10:00-a olan məlumata əsasən hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə şimal-qərb rayonlarından başlayaraq arabir yağış, Şahdağda isə qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, Şahdağda qar örtüyünün hündürlüyü 2 sm təşkil edir.
Düşən yağıntının miqdarı Qəbələdə 6 mm, Şabran, Quba, Şəkidə 4 mm, Xaçmaz, Qusar, Oğuzda 2 mm, Qax, Daşkəsən, Balakən, Zaqatala, Şahdağda 1 mm-dək olub.
Şimal-qərb küləyi arabir Şəkidə 15 m/s-dək güclənmişdir.
Sumqayıt, Quba, Qusar, Qrız, Xaltan, Altıağacda duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da 2-7 dərəcə isti, Aran rayonlarında 8-13 dərəcəyədək isti, dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Sentyabr ayının hava proqnozu açıqlanıb
Bu həftə milli parklarda gözlənilən hava şəraiti açıqlanıb
Gədəbəy ərazisindən axan Şəmkirçaydan sel keçir - YENİLƏNİB
Bəzi yerlərdə intensiv yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
Bəzi yerlərə leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək













