İsrail ordusu Qəzzada HƏMAS-ın hərbi qanadının bölük komandirinin müavinini zərərsizləşdirib
Far.Az xəbər saytı

İsrail ordusu Qəzzada HƏMAS-ın hərbi qanadının bölük komandirinin müavinini zərərsizləşdirib


İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında HƏMAS-ın hərbi qanadının bölük komandirinin müavinini və hərəkatın Siyasi Bürosunun sabiq rəhbəri İsmayıl Haniyənin qardaşı oğlunu zərərsizləşdirib.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İMQ və ÜTX (Ümumi Təhlükəsizlik Xidməti - red.) oktyabrın 7-də terrorçu dəstənin İsrail ərazisinə sızmasına rəhbərlik edən və bunda iştirak edən "Nuxba" bölüyü komandirinin müavini Valid Haniyəni zərərsizləşdirib. O, HƏMAS-ın Siyasi Bürosunun sabiq rəhbəri İsmayıl Haniyənin qardaşı oğlu idi", - bəyanatda deyilir.

Qurumun məlumatına görə, V. Haniyə son vaxtlar HƏMAS üçün yeni terrorçular cəlb etməyə çalışırdı və "Nuxba" bölüyünün hərbi hazırlığına rəhbərlik edirdi.

Xatırladaq ki, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə 2024-cü il iyulun 31-də İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahında öldürülüb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib
İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Təyyarə qəzasında oğlunu itirən ataya xəbəri belə verdilər: "Osman əmi, sən artıq şəhid atasısan"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər