Putin daxili bazar üçün yanacaq təchizatı ilə bağlı müşavirə keçirib
Rusiya prezidenti Vladimir Putin daxili bazar üçün yanacaq təchizatı ilə bağlı müşavirə keçirib.
BAKU.WS APA-a istinadən xəbər verir ki,müşavirədə müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov, Moskva meri Sergey Sobyanin və enerji şirkətlərinin rəhbərləri, o cümlədən İqor Seçin, Aleksey Miller və Vahid Ələkbərov iştirak ediblər.
Putin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin mülki obyektlərə terror hücumlarının nəticələri minimuma endirilməlidir.
Onun sözlərinə görə, Rusiyanın ən böyük neft emalı zavodlarının gücü maksimum gücdə istifadə olunur.
Rusiya prezidenti onu da vurğulayıb ki, daxili bazar üçün sabit yanacaq təchizatını təmin etməkdən ötrü əlavə tədbirlər nəzərdən keçirilməlidir.
"Əvvəllər yığılmış yanacaq həcmləri Rusiyanın daxili bazarına çatdırılıb. Rusiya yanacaq ehtiyatlarından istifadə etməyə başlayıb, lakin benzin ehtiyatları ötən ilki səviyyədə qalır. Bu, 1,7 milyon ton təşkil edir. İyul ayında ilkin yanacaq istehsalı iyun ayı səviyyələrini keçməlidir. Özəl yanacaq şirkətləri mövcud vəziyyətdə dövlət üçün etibarlı tərəfdaş olduqlarını sübut edirlər", - Putin bildirib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
COP29 karbon bazarı əməkdaşlığının yeni mərhələsi üçün əsas yaradıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var
-
Kuşner: Əbu-Dabidə Ukrayna üzrə danışıqların ilk günü ümidvericidir













