Papadan Venesuelaya dəstək mesajı
Far.Az xəbər saytı

Papadan Venesuelaya dəstək mesajı


Roma Papası XIV Leo Venesuelada baş vermiş dağıdıcı zəlzələlər nəticəsində həlak olanların xatirəsini yad edib və zərərçəkənlərlə həmrəy olduğunu bildirib.

Far.Az "Qafqazinfo"a istinadən xəbər verir ki,, Vatikanın Müqəddəs Pyotr meydanında çıxış edən pontifik Venesuela xalqına başsağlığı verib.

"Son zəlzələlərdən zərər çəkən venesuelalı bacı və qardaşlarımla həmrəyliyimi ifadə etmək istəyirəm. Həlak olanlar üçün dua edir, onların ailələrinə, yaralananlara və bu faciədən əziyyət çəkən hər kəsə mənəvi dəstəyimi bildirirəm".

Pontifik həmçinin dağıntılar altında qalan insanların axtarışı və xilasetmə əməliyyatlarında iştirak edən xilasedicilərə təşəkkürünü ifadə edib və beynəlxalq ictimaiyyəti Venesuelaya dəstək göstərməyə çağırıb.

Qeyd edək ki, Venesuelada bu həftə baş vermiş 7,2 və 7,5 bal gücündə iki zəlzələ nəticəsində minlərlə insan həlak olub və yaralanıb. Vatikan daha əvvəl zərərçəkənlərə yardım məqsədilə 100 min avro məbləğində ilkin humanitar yardım ayırdığını açıqlamışdı.

Oxşar xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Pyotr Bazilikasında görülmüş bərpa işləri ilə tanış olub
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər