BTQ Qərbi azərbaycanlıların qayıdış hüququnun təmini üçün beynəlxalq platformalarda fəaliyyətini genişləndirir
Far.Az xəbər saytı

BTQ Qərbi azərbaycanlıların qayıdış hüququnun təmini üçün beynəlxalq platformalarda fəaliyyətini genişləndirir


Bakı Təşəbbüs Qrupu (BTQ) müasir Ermənistan ərazisindən didərgin salınmış azərbaycanlıların qayıdış hüququnun beynəlxalq platformalarda daha geniş şəkildə gündəmə gətirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

"Far.Az" xəbər verir ki, bunu BTQ-nin icraçı direktoru Abbas Abbasov "Baku TV"yə müsahibəsində deyib.

O bildirib ki, təşkilat bu məsələni BMT-nin aidiyyəti qurumları, İnsan Hüquqları Şurası, müxtəlif beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları çərçivəsində beynəlxalq siyasi gündəmə çıxarmağı qarşıya məqsəd qoyub:

"BTQ son üç ildə 40-dan çox beynəlxalq konfrans təşkil edib, 55-dən artıq hesabat dərc edib, həmçinin BMT-nin aidiyyəti qurumlarına 20-yə yaxın alternativ hesabat təqdim edib. Bu mövzunu beynəlxalq təşkilatların gündəliyinə daxil etməklə tarixi ədalətin bərpasına nail olmaq istəyirik".

A.Abbasovun sözlərinə görə, bu fəaliyyətlərin nəticələri ölkə qanunvericiliyində aparılan dəyişikliklərdə də öz əksini tapır.

"Hazırkı əsas məqsədimiz müxtəlif beynəlxalq platformalarda və müxtəlif vaxtlarda müasir Ermənistan ərazisindən didərgin salınmış azərbaycanlıların geriqayıdış hüququnun beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır", – deyə BTQ-nin icraçı direktoru vurğulayıb.

O qeyd edib ki, selektiv və ikili standartlar nümayiş etdirən dairələrə qarşı beynəlxalq platformalarda da ardıcıl fəaliyyət göstərmək vacibdir:

"ABŞ Konqresində təşkil etdiyimiz tədbirlə bunun mümkün olduğunu göstərdik. Eyni yanaşmanı digər beynəlxalq platformalarda da tətbiq etmək lazımdır".

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər