Dünyanın hansı ölkələrində məktəbdə telefon işlətmək qadağandır?
Far.Az xəbər saytı

Dünyanın hansı ölkələrində məktəbdə telefon işlətmək qadağandır?


Şagirdlərin diqqətinin yayındığı, dərs keyfiyyətinin aşağı düşdüyü və kibertəhlükələrin artdığı ilə bağlı narahatlıqlar fonunda dünyanın bir çox ölkəsi məktəblərdə mobil telefonlardan istifadəni məhdudlaşdırmağa başlayıb.

Far.Az-in məlumatına görə, son illər bu istiqamətdə qəbul edilən qərarların sayı sürətlə artır.

UNESCO-nun 2026-cı il hesabatına görə, hazırda dünyada 114 ölkə və təhsil sistemi məktəblərdə mobil telefonlardan istifadəyə dair milli səviyyədə qadağa və ya ciddi məhdudiyyət tətbiq edir. Bu, dünya ölkələrinin təxminən 58 faizinə bərabərdir.

Avropada bu sahədə ən sərt qaydalardan biri Fransada tətbiq olunur. Burada mobil telefonlardan istifadə artıq uzun müddətdir məhdudlaşdırılır və son illərdə qadağanın əhatə dairəsi daha da genişləndirilib. İtaliyada isə telefonlardan dərs zamanı istifadə qadağan edilib, bəzi məktəblərdə şagirdlər cihazlarını günün əvvəlində xüsusi qutulara təhvil verirlər.

Niderland məktəblərində 2024-cü ildən etibarən telefon, planşet və ağıllı saatlardan dərs zamanı istifadə məhdudlaşdırılıb. Aparılan ilkin qiymətləndirmələr göstərir ki, bu qərardan sonra şagirdlərin diqqəti və sinifdaxili ünsiyyəti yaxşılaşıb.

Macarıstan, Latviya, Belçika, Avstriya, Portuqaliya, Yunanıstan, İrlandiya, Lüksemburq, Malta, Kipr Sloveniya da məktəblərdə telefon istifadəsini məhdudlaşdıran ölkələr sırasındadır. Finlandiya, Rumıniya, Slovakiya Niderland kimi bəzi ölkələrdə isə qadağa əsasən dərs saatlarını əhatə edir və müəllim tədris məqsədilə istisna tətbiq edə bilir.

Bundan başqa, İsveç, Danimarka Çexiya da məktəblərdə telefon istifadəsinə dair daha sərt qaydaların tətbiqi istiqamətində qərarlar qəbul edib və ya hazırlıq işləri aparır.

ABŞ-də da bu tendensiya güclənir. Bir çox ştat məktəblərdə telefon istifadəsini məhdudlaşdıran qanunlar qəbul edib və ya məktəb rayonlarını bu istiqamətdə siyasət hazırlamağa məcbur edib.

Bu siyahıya artıq Azərbaycan da qoşulub. Elm və təhsil naziri Emin Əmrullayevin təsdiqlədiyi yeni qaydalara əsasən, məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində şagirdlərin dərs müddətində mobil telefon, planşet, ağıllı saat və digər elektron cihazlardan istifadə etməsi qadağan edilib. Cihazlar dərs başa çatanadək məktəbin müəyyən etdiyi saxlama yerlərində saxlanılacaq. Yalnız müəllimin icazəsi ilə tədris məqsədləri və ya fövqəladə hallarda bu cihazlardan istifadə mümkün olacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər