Hesablama Palatası: Aqrar Universitetdə aşkar olunan nöqsanların aradan qaldırılması tapşırılıb
Hesablama Palatası Azərbaycan Dövlət Aqrar Universitetində müəyyən edilmiş nöqsanlarla əlaqədar qərar qəbul edib.
"Far.Az" xəbər verir ki, bu məsələ Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrlik etdiyi kollegiya iclasında müzakirəyə çıxarılıb.
Kollegiya iclasında auditor Vəfa Mütəllimovanın hazırladığı "Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyətinin auditinin nəticələrinə dair Auditor hesabatı" müzakirəyə çıxarılıb. Hesabatın təqdimatı zamanı Səmərəlilik auditi şöbəsinin mütəxəssisləri tərəfindən auditin əhatə etdiyi predmetlər üzrə əsas nəticələr və aşkar edilmiş nöqsanlar barədə məlumat verilib. Müzakirələr gedişində Milli Məclisin deputatları audit nəticələrinə dair müxtəlif fikirlər bildirərək təkliflər irəli sürüblər.
İclasda iştirak edən universitetin rektoru Zəfər Qurbanov audit nəticələrinin müvafiq sahədə fəaliyyətin inkişafına və təkmilləşdirilməsinə müsbət təsir göstərəcəyini vurğulayıb, irəli sürülmüş təklif və tövsiyələrin diqqətə alınacağını bildirib.
Müzakirələrin nəticəsində auditor hesabatının təsdiq olunmasına, eyni zamanda müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün audit olunan qurum tərəfindən lazımi tədbirlərin həyata keçirilməsinə dair qərar qəbul edilib.
Qeyd edək ki, iclasda Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, deputat Samir Vəliyev, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmə rəhbərləri iştirak ediblər.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda Zəfər muzeyinin açılışı olub
Azərbaycanda auditin yeni missiyası: Etimad yaradan strateji tərəfdaşlıq modeli - ARAŞDIRMA
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













