Azərbaycan və Rusiya sərhəd-keçid məntəqələrinin fəaliyyətini sinxronlaşdırmaq istəyirlər
Azərbaycan və Rusiya sərhəd-keçid məntəqələrinin infrastruktur imkanlarının sinxronlaşdırılmasını müzakirə edib.
"Report" bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir. Müzakirələr bu gün Azərbaycan DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun və Rusiyanın Gömrük Xidmətinin rəhbəri Valeriy Pikalyovun rəhbərlik etdikləri nümayəndə heyətləri arasında keçirilən görüşdə baş tutub.
Tərəflər həmçinin müəyyən mövsümi dövrlərdə yüklərin keçidinin sürətləndirilməsi, yük nəqliyyat vasitələrinin keçidi zamanı yarana biləcək sıxlıqların aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində nümayəndə heyətləri Rusiya Gömrük Xidmətinin Şimali Qafqaz Gömrük İdarəsinin "Yaraq-Qazmalar" və "Tahirkənd-Qazmalar" gömrük-keçid məntəqələrinin mövcud infrastrukturu, texniki təchizatı, buraxılış imkanları və cari fəaliyyəti ilə yerində tanış olublar.
Görüş zamanı əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub, perspektiv istiqamətləri müəyyən edilib.
Oxşar xəbərlər
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













