İnfantino Trampa DÇ-2026-nın finalına 10 bilet hədiyyə edib
FİFA prezidenti Canni İnfantino ABŞ Prezidenti Donald Trampa 2026-cı il dünya çempionatının final oyunu üçün 10 bilet hədiyyə edib.
BAKU.WS xəbər verir ki, bu barədə RİA Novosti ABŞ prezidentinin maliyyə hesabatına istinadən məlumat yayıb.
Məlumata görə, hədiyyə edilən 10 biletin ümumi dəyəri 15 min ABŞ dollarıdır. Hazırda satışda qalan final biletlərinin qiyməti 12 min dollardan başlayır və 42 min dollara qədər yüksəlir.
Maliyyə hesabatında həmçinin qeyd olunur ki, Donald Tramp müxtəlif şəxslər və şirkətlər tərəfindən bir sıra idman tədbirlərinə dəvət alıb. Onların arasında ən bahalı hədiyyələrdən biri ABŞ futbol liqasının (Super Bowl) final oyunu üçün ümumi dəyəri 50 min dollar olan 10 bilet olub.
Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin final oyunu ABŞ-ın İst-Ruterford şəhərində baş tutacaq.
Xatırladaq ki, Donald Tramp daha əvvəl dünya çempionatını Super Bowl ilə müqayisə edərək turnirin rekord tamaşaçı və televiziya auditoriyası topladığını bildirmişdi.
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Nərimanovda premium təmirli mənzillər 36 ayadək faizsiz, daxili kredit imkanı ilə satışda - "Kristal!"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Beynəlxalq Gənclər Günüdür
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ
-
Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
-
Bir-dən təqaüdçülər üçün "Hər yaşa dost" təşəbbüsü
-
"Mançester Siti" futbolçusu Kalvin Fillipsi icarəyə verib
-
Cəsur bürclər - Onlar təhlükəli və mürəkkəb vəziyyətlərdə soyuqqanlı qala bilir













