Harri və Meqan son anda səfəri ləğv etdilər – Gərginliyin əsl səbəbi açıqlandı
Şahzadə Harri və Meqan Markl Britaniya səfərini ləğv etdi – Səbəb təhlükəsizlikdir
Şahzadə Harri və həyat yoldaşı Meqan Markl Böyük Britaniyaya planlaşdırdıqları ailə səfərini təxirə salıblar.
Far.Az xəbər verir ki, buna səbəb cütlüyün dövlət tərəfindən 24 saat silahlı mühafizə ilə təmin olunması barədə tələbinin qəbul edilməməsi olub.
Britaniya mətbuatının yaydığı məlumata görə, iyulun əvvəlində baş tutması nəzərdə tutulan səfər çərçivəsində Şahzadə Harri və ailəsinin Kral III Çarlzla görüşməsi, həmçinin şahzadə Diananın dəfn olunduğu Oltorp malikanəsini ziyarət etməsi planlaşdırılırdı.
Lakin uçuşa cəmi bir gün qalmış ailənin polis müşayiəti ilə qorunması barədə müraciət rədd edilib. Bundan sonra səfər ləğv olunub.
Məlumata görə, hazırda Avropada olan Şahzadə Harri Böyük Britaniyaya təkbaşına, bir günlük səfər etməyi nəzərdən keçirir. Meqan Markl və uşaqların isə təhlükəsizlik məsələsi həll olunmadığı üçün səfərə qatılmayacağı bildirilir.
Sasseks hersoqunun nümayəndəsi bildirib ki, təhlükəsiz yaşayış yeri təmin olunması kifayət etmir və əsas məsələ ailənin ölkə daxilində hərəkəti zamanı da etibarlı mühafizənin təşkil edilməsidir. Onun sözlərinə görə, mövcud vəziyyət Böyük Britaniyaya səfəri demək olar ki, mümkünsüz edir.
Qeyd edək ki, Şahzadə Harri təhlükəsizlik təminatının verilməməsinə görə kral administrasiyasındakı bəzi yüksək vəzifəli şəxsləri məsul hesab edir. Bununla belə, o, Kral III Çarlzın nəvələri ilə şəxsi görüş təşkil etmək imkanının hələ də mümkün olduğunu istisna etmir.
Bukingem Sarayı isə bildirib ki, ailəyə kral iqamətgahlarından birində qalmaq təklif olunub. Lakin bu, onların saraydan kənarda təhlükəsiz hərəkəti ilə bağlı narahatlıqları aradan qaldırmayıb. Bundan başqa, Şahzadə Harri və ailəsinin təhlükəsizlik statusuna yenidən baxmalı olan müstəqil RAVEC komitəsinin iclası da hələ keçirilməyib.
Oxşar xəbərlər
Şahzadə Diananın kral protokolunu pozduğu 13 MƏQAM
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir
-
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
-
"Bu gün də Qurban müəllimin yanındayam" - Tahir Gözel
-
Növbəti 2 günlə bağlı əhaliyə HAVA XƏBƏRDARLIĞI
-
"Everton" və "Kristal Pelas" klubları futbolçu mübadiləsi həyata keçiriblər













