AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Qazaxıstanın Atırau və Aktöbə şəhərlərinə birbaşa müntəzəm reyslərə başlayır.
BAKU.WS AZAL-a istinadən xəbər verir ki, yeni istiqamətlər Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat əlaqələrinin genişləndirilməsinə və sərnişinlər üçün səyahət imkanlarının artırılmasına xidmət edəcək. Yeni istiqamətlərə biletlər artıq satışdadır.
Atırau istiqamətində İlk reys 16 avqust 2026-cı il, Aktöbə istiqamətində isə 16 sentyabr 2026-cı il tarixində həyata keçiriləcək. Bakı-Atırau-Bakı marşrutu üzrə uçuşlar həftədə 4 dəfə, bazar ertəsi, çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək. Bakı- Aktöbə-Bakı marşrutu üzrə isə həftədə 3 dəfə, bazar ertəsi, çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.
Yeni reyslər Qərbi Qazaxıstanın mühüm iqtisadi mərkəzlərinə birbaşa hava əlaqəsi yaradaraq işgüzar səfərləri daha rahat edəcək, eyni zamanda turizm və humanitar mübadilənin inkişafına əlavə imkanlar açacaq.
Atırau Qazaxıstanın neft-qaz sənayesinin əsas mərkəzlərindən biri və Xəzəryanı regionun əsas iqtisadi şəhərlərindən hesab olunur . Aktöbə isə sənaye, logistika və ticarət sahələrində inkişaf etmiş infrastrukturu ilə ölkənin mühüm regional mərkəzlərindən biridir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.
Oxşar xəbərlər
8300 mAh batareyaya malik, sarsılmaz HONOR X9d artıq satışdadır
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Növbəti köç karvanları Ağdam və Xocavənd şəhərlərinə çatıb, açarlar təqdim edilib
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var
-
"Everton" və "Kristal Pelas" klubları futbolçu mübadiləsi həyata keçiriblər
-
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir
-
Növbəti 2 günlə bağlı əhaliyə HAVA XƏBƏRDARLIĞI
-
ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub













